YÜKLƏNİR
+994512259865

Ölkə Daxili Sanatoriyalar

Ən sərfəli qiymətlərlə

DƏNİZ KƏNARI OTELLƏR

Qalaaltı Hotel & Spa

DƏNİZ KƏNARI OTELLƏR

Chinar Hotel&SPA Naftalan

Müalicəvi sanatoriyalar

Gashalti Health Hotel Naftalan

Müalicəvi sanatoriyalar

Duzdağ Hotel


Sağlamlıq turizminin mahiyyəti

Hər il milyonlarla insan sağlamlığının bərpası məqsədi ilə müxtəlif ölkələrə səyahət edir. Sağlamlıq turizmi ölkələr və şəhərlər arasında tibbi xidmət almaq üçün edilən səyahətə verilən addır. Bu tibbi xidmət geniş tibbi və terapevtik məsələlərdən, zehnin, bədənin rifahının bərpası xidmətlərindən ibarətdir. Sağlamlıq turizmi sənaye, reklam, səyahət maraqları və tibbi xidmətlərin rolunu bir yerdə birləşdirmişdir. Sağlamlıq, sağlamlaşdırma və tibbi-müalicə turizmi anlayışları bir çox hallarda eyni mənada istifadə edilir.

 

Azərbaycanda Sağlamlıq turizmi


Azərbaycanda mövcud olan faydalı, zəngin mineroloji və digər müxtəlif müalicəvi keyfiyyətlərə malik olan təbii resurslar kifayət qədər çoxdur. Müalicə-sağlamlıq müəssisələri bu təbii ehtiyatların əsasında mövcud bazar konyunkturasını nəzərə almaqla geniş mənada xidmətlərin səviyyəsini, çeşidini artırmaq, məhsulların məzmununu genişləndirmək yolu ilə həmin məqsədə çatmaq iqtidarındadır. Eyni zamanda, ölkədə müalicə-sağlamlıq sahəsində turist axınlarının xaricə deyil, daxilə istiqamətlənməsi üçün sağlamlaşdırıcı xidmətlərin əlçatanlığını təmin etmək və onu təkmilləşdirmək tədqiqatın məqsədlərindəndir. Bu məqsədlə regionlar üzrə sağlamlıq turizmində biznes lahiyələrin həyata keçirilməsi üçün iqtisadi, hüquqi və təbii resurs bazasından istifadə müəyyən edilmişdir

Ölkə daxilindəki sanatoriyalar

 

Azərbaycana müalicə-sağlamlıq məqsədilə gələn turistlərin ölkələr üzrə statistik təhlilləri göstərir ki, Rusiya, Qazaxıstan, Ukrayna, Türkiyə, Belarus, Özbəkistan, İran vətəndaşları üstünlük təşkil etmişdir. Bu da həmin ölkə vətəndaşlarının Azərbaycanın sağlamlıq turizmi barədə daha çox informasiyasının olması və ənənəvi sanatoriya xidmətlərinə üstünlük verməsi ilə bağlıdır. MDB məkanından gələn turistlərin üstünlük verdiyi yerlər arasında Naftalanın sağlamlıq müəssisələri daha məşhurdur. Naftalan şəhərində yüksək, orta və aşağı kateqoriyalı sanatoriya-kurort müəssisələrinin olması xarici turistlərin seçim imkanlarını artırır. Eyni zamanda Naftalan sağlamlıq müəssisələrinin təqdim etdiyi müalicə paketləri də xarici turistləri cəlb edir. Naftalandakı kurortların orta və uzun müddətli müalicə-sağlamlıq paketləri təqdim etməsi, mövsümlərarası dövrdəki endirimli qiymətlər onların məhsullarını xarici turistlər üçün əlçatan edir. Ölkədə sağlamlaşdırma və balneoloji turizm xidmətləri təqdim edən müasir kurort mərkəzlərinin sayı artmışdır. Bunlara misal olaraq, Naxçıvanda “Duzdağ hotel”, Qəbələdə “Qafqaz Thermal & Spa Hotel”, “Chenot Palace Gabala”, Şabranda “Qalaalti Hotel & Spa”, Lənkəranda “Lankaran Springs Wellness Resort” , Şəkidə “Marxal Resort & Spa” qeyd etmək olar. Bunlardan “Marxal Resort & Spa” və “Chenot Palace Gabala” əsasən istirahət təyinatı üzrə daha çox xidmətlər təqdim edir. “Chenot Palace Gabala”da ekzotik landşaft və dietik qidalar, “Marxal Resort & Spa” hotelində isə SPA və sağlamlıq xidmətləri təqdim olunur ki, bu da onların birbaşa müalicəsağlamlıq turizmində iştirakını təmin etir. Azərbaycanda balneoloji və sağlamlaşdırma turizmində fərqlənən “Qalaalti Hotel & Spa”, Duzdağ və “Lankaran Springs Wellness Resort” xarici turistlərə daha çox xidmət göstərir. Qeyd olunan kurort mərkəzləri müalicə-sağlamlıq sahələri üzrə ixtisaslaşsa da, istirahət, əyləncə, gecələmə və s. xidmətlər təklif 89 edir. Bu hotellərdə xidmətlər çeşidinin çox olması sağlamlıq məqsədilə yanaşı, istirahət təyinatlı turistlərin cəlb olunmasına imkan verir. Hotellərin Qərbi Avropa modelinə uyğun olaraq kompleks kurort-sağlamlıq xidmətləri təklif etməsi onların cəlbediciliyini artırmış olur.

Rezervasiya səhifəsi