- Ana səhifə
- Otellər
- Quba Otelləri
- Quba Palace Hotel
Otel Haqqında
Quba Palace Hotel 5* rezervasiya üçün oteltap.az saytı vasitəsi ilə online rezervasiya edə bilərsiniz.
Otel Yerləşməsi
“Quba Palace” Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə, füsünkar təbiətə malik Qubada yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşməklə təbiət gözəlliklərinin qəlbində yüksək səviyyəli istirahət, gözəl əyləncə və unudulmaz təəssüratlar vəd edir. “Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace” Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir. Bu möhtəşəm otel dağ və göl peyzajları arasındakı sakit və gözoxşayan bir ərazidə qolf oynamağın üstünlüyünü bəxş edir.
Otel şərtləri
Rezervasiyanın qaytarılma və dəyişdirilmə şərtləri sorğu əsasında müəyyənləşdirilir.
Otel xüsusiyyətləri
Otelin bir çox xüsusiyyətləri aşağıda qeyd olunmuşdur.
Nömrə tipləri
Deluxe otaq Dağ Mənzərəli
- Nömrənin ortalama qiyməti - 130 AZN
- Nömrənin ölçüləri - 37 m²
- Minimum nəfər sayı - 1 nəfər
- Maksimum nəfər sayı - 4 nəfər
- Nömrədəki otaqların sayı - 1

Əsas binada yerləşir və ümumilikdə 69 belə otaq mövcuddur. Otağın ümumi sahəsi 37 m2-dir, iki nəfərlikdir. Bir yataq otağı var, qonaqlara bir ikinəfərlik və ya iki birnəfərlik yataq tipi seçimi təklif edilir. Otaqlar minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, eyvan, xalçalı döşəmə, ayrıca duş kabini, vanna otağı, fen ilə təchiz olunub.
Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.
Deluxe Otaq Göl Mənzərəli
- Nömrənin ortalama qiyməti - 150 AZN
- Nömrənin ölçüləri - 37 m²
- Minimum nəfər sayı - 1 nəfər
- Maksimum nəfər sayı - 4 nəfər
- Nömrədəki otaqların sayı - 1

Əsas binada yerləşir və ümumilikdə 83 belə otaq mövcuddur. Ümumi sahəsi 37 m2-dir, iki nəfərlikdir. Bir yataq otağı var, qonaqlara bir ikinəfərlik və ya iki birnəfərlik yataq tipi seçimi təklif edilir. Otaqlar minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, eyvan, xalçalı döşəmə, ayrıca duş kabini, vanna otağı, fen ilə təchiz olunub.
Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.
Junior Suite
- Nömrənin ortalama qiyməti - 170 AZN
- Nömrənin ölçüləri - 52 m²
- Minimum nəfər sayı - 1 nəfər
- Maksimum nəfər sayı - 4 nəfər
- Nömrədəki otaqların sayı - 2

Əsas binada yerləşir, sahəsi 52 m2-dir və 16 belə nömrə mövcuddur. Bir yataq otağı və istirahət zonasından ibarətdir. Yataq otağında bir böyük ikinəfərlik yataq mövcuddur. Otaqlar minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, eyvan, xalçalı döşəmə, ayrı duş kabini, vanna otağı, fen ilə təchiz olunmuşdur.
Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.
Bal Ayı Otağı
- Nömrənin ortalama qiyməti - 200 AZN
- Nömrənin ölçüləri - 77 m²
- Minimum nəfər sayı - 1 nəfər
- Maksimum nəfər sayı - 4 nəfər
- Nömrədəki otaqların sayı - 1

Əsas binada yerləşir, sahəsi 77 m2-dir, iki nəfərlikdir. Otaqlar komfortlu ab-havası, zövqlü interyeri ilə cütlüklərə unudulmaz xoş anlar, bənzərsiz istirahət bəxş edəcək. Nömrə bir yataq otağından ibarətdir və burada bir ədəd ikinəfərlik yataq var. Otaqlarda minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, eyvan, xalçalı döşəmə, ayrı duş kabini, vanna otağı, fen mövcuddur.
Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.
Manna Villası
- Nömrənin ortalama qiyməti - 200 AZN
- Nömrənin ölçüləri - 65 m²
- Minimum nəfər sayı - 2 nəfər
- Maksimum nəfər sayı - 4 nəfər
- Nömrədəki otaqların sayı - 2

Göl mənzərəsinə açılan, ezackar təbii gözəlliklərin əhatəsində yerləşən villanın sahəsi 65 m2 təşkil edir və 2 mərtəbədən ibarətdir.
Manna villa bir yataq otağı, bir qonaq otağı, bir mətbəx və böyük terrasdan ibarətdir. Birinci mərtəbədə salonda divan və 4 nəfərlik dairəvi masa, ikinci mərtəbədə ikinəfərlik rahat yataq otağı, hamam və ayaqyolu yerləşir.
Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda, qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.
Qonaqların istirahəti üçün şəxsi günəşlənmə sahəsi mövcuddur. Villada LCD TV, soyuducu, minibar, çay və qəhvə dəstgahı, seçilmiş kinofilmlərdən və uşaqlar üçün cizgi filmlərindən ibarət DVD pleyerlər də ixtiyarınızdadır.
Family Suite
- Nömrənin ortalama qiyməti - 250 AZN
- Nömrənin ölçüləri - 78 m²
- Minimum nəfər sayı - 3 nəfər
- Maksimum nəfər sayı - 6 nəfər
- Nömrədəki otaqların sayı - 2

Əsas binada yerləşir, sahəsi 78 m2-dir, 4 nəfərlikdir və 12 belə nömrə mövcuddur. İki yataq otağından ibarətdir: bir böyük ikinəfərlik və iki ədəd birnəfərlik. Bundan başqa, mebel dəsti ilə təmin olunmuş bir qonaq otağı da sizin ixtiyarınızdadır.
Otaqlarda minibar, çay və qəhvə dəstgahı, LCD TV, WiFi, eyvan, xalçalı döşəmə, ayrıca duş kabini, vanna otağı, fen mövcuddur.
Otaqların daxili tərtibatında isti rənglərdən istifadə edilib və bütün mebellər təbii taxtadan, yüksək keyfiyyətli materiallardan hazırlanıb. Qonaqlara fransız üslubunda qüsursuz yataq dəstləri, hamam xalatları və təbii tərkibli kosmetik vasitələr təqdim edilir.
Midiya Villası
- Nömrənin ortalama qiyməti - 800 AZN
- Nömrənin ölçüləri - 445 m²
- Minimum nəfər sayı - 1 nəfər
- Maksimum nəfər sayı - 9 nəfər
- Nömrədəki otaqların sayı - 5

Təbiət vurğunları üçün göl mənzərəsində yerləşən bu villa gözəl istirahət və yüksək zövq vəd edir. Ümumi sahəsi 445 kv m olmaqla 3 mərtəbədən ibarətdir.
1-ci mərtəbəsində: fitness, kinozal, istirahət otağı, sauna, masaj otağı;
2-ci mərtəbəsində: 1 salon və 2 yataq otağı, mətbəx;
3-cü mərtəbəsində 1 yataq otağı yerləşir. Həmçinin villanın bütün yataq otaqları və salonunda hamam və ayaqyolu (birlikdə), 2-ci mərtəbəsində ayrıca ayaqyolu var. Villanın 3-cü mərtəbəsində otel binasına və dağ mənzərəsinə, 2-ci mərtəbəsində isə göl mənzərəsinə açılan eyvanlar xoş istirahətiniz üçün nəzərdə tutulub. Otaqlar xalça və parket ilə döşənib.
Burada soyuducu, minibar, çay və kofe dəstgahı, kino salonu, masaj otağı, sauna, bağ, şəxsi günəşləməsahəsi, hər otaqda LCD TV, vanna otağı, fitnes otağı, jakkuzi və seçilmiş kinofilmlərdən, uşaqlar üçün cizgi filmlərindən ibarət DVD Pleyer var.
Urmiya Villası
- Nömrənin ortalama qiyməti - 900 AZN
- Nömrənin ölçüləri - 500 m²
- Minimum nəfər sayı - 2 nəfər
- Maksimum nəfər sayı - 11 nəfər
- Nömrədəki otaqların sayı - 6

Şəffaf suyu və ətrafındakı ətirli bitkilərlə xüsusi gözəllik yaradan gölün düz kənarında yerləşir, ümumi sahəsi 500 m2-dir.
Villa 4 yataq otağı, 2 qonaq otağı, 4 hamam otağı, mətbəx, fitnes, kinozal, istirahət otağı, sauna, masaj otağı, istirahət üçün salondan ibarətdir. Otaqlar xalça və parketlə döşənib.
Urmiya villasının əlavə özəlliklərindən biri türk hamamının və 2-ci mərtəbəsində mətbəxin içindən girişə malik əlavə 1 otağın da olmasıdır. Bu otaqda 2 nəfərlik yataq dəsti və hamam otağı yerləşir.
Burada soyuducu, minibar, çay və qəhvə dəstgahı, kino salonu, masaj otağı, türk hamamı, sauna, yemək otağı, bağ, şəxsi günəşlənmə sahəsi, hər otaqda LCD TV, geniş vanna otağı, əsas yataq otağında cakkuzi, seçilmiş kinofilmlərdən və uşaqlar üçün cizgi filmlərindən ibarət DVD pleyer var.
Atropatena Villası
- Nömrənin ortalama qiyməti - 900 AZN
- Nömrənin ölçüləri - 500 m²
- Minimum nəfər sayı - 2 nəfər
- Maksimum nəfər sayı - 11 nəfər
- Nömrədəki otaqların sayı - 6

Dağ mənzərəsi, açıq havada hovuzu ilə qonaqların diqqətini cəlb edən villanın ümumi sahəsi 500 m2-dir. Atropatena villasında 4 yataq otağı, 2 qonaq otağı, 4 hamam otağı və mətbəx var. Otaqlar xalça və parketlə döşənmişdir.
İsitmə isistemli açıq hovuzu gözəl dizaynı ilə istirahətinizə bir özəllik qatacaq.
Burada soyuducu, minibar, çay və qəhvə dəstgahı, kino salonu, masaj otağı, türk hamamı, sauna, yemək otağı, bağ, şəxsi günəşlənmə sahəsi, hər otaqda LCD TV, geniş vanna otağı, əsas yataq otağında cakkuzi, seçilmiş kinofilmlərdən və uşaqlar üçün cizgi filmlərindən ibarət DVD pleyerlər mövcuddur.